İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində HAMAS-ın 400-dən çox hədəfini vurub və hərəkatın bir neçə komandirini öldürüb.
TASS-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin “Telegram” kanalında məlumat verilib.
“HAMAS-ın terror hücumları imkanlarını aradan qaldırmaq üçün genişmiqyaslı əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri onlarla döyüşçüyə və hərəkatın məscidlərdəki dayaq nöqtələrinə zərbələr endirib”, – İsrail ordusu bildirib.
Bundan əlavə, İsrail ordusu HAMAS-ın qazdığı tunellərə zərbə endirib. Zərbələr nəticəsində Nuseyrat, Şati və Furqan batalyonlarının komandir müavinləri məhv edilib.