Saytımızı qiymətləndirin


 
 

Bakıdakı Türkiyə səfirliyində səsvermə başladı 
Tarix: 05-05-2023 | Saat: 09:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bakıdakı Türkiyə səfirliyində səsvermə başladı 

Prezident və parlament seçkiləri üçün Türkiyənin Bakıdakı səfirliyində yaradılmış seçki məntəqəsi bu gün yerli vaxtla saat 9:00-da səsverməyə açılıb. 

Qarabaginfo.az xəbər verir ki, ilk olaraq səfir Cahit Bağçı səs verib. 

Bildirilir ki, Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik vətəndaşların Azərbaycanda səs verə bilməsi üçün bütün hazırlıqlar başa çatıb. 

Qeyd edək ki, Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 5-6-7 may tarixlərində Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla cəmi 15 seçki qutusu qurulacaq və bu tarixlərdə saat 9:00-21:00 arasında 12 saat ərzində fasiləsiz şəkildə səsvermə keçiriləcək. 



Xəbəri paylaş

1115 dəfə oxunub.

Digər xəbərlər