Saytımızı qiymətləndirin


 
 

Kəramət Kəramətə gəldi
Tarix: 20-08-2020 | Saat: 18:46
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Kəramət Böyükçöl müalicəyə başladı

Kəramət Böyükçöl müalicəyə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, özü FB hesabında məlumat yayıb.

"Haqqımda yazan, zəng edən, maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm, Var olun. Jurnalist dostlara da demək istəyirəm ki, indi müsahibə və yaxud hansısa mövzuda açıqlama verəcək halda deyiləm, ona görə də nömrəmi bağlamışam, üzürlü sayın. Müalicə olunum qurtarım, sonra danışarıq. Özünü necə hiss edirsən soruşanlara deyim ki, dəhşət yorğunam, elə bil canımda əbədi bir yuxu var. Nəyəsə ehtiyacın varmı soruşanlara isə bildirim ki, heç nəyə ehtiyac yoxdur", o əlavə edib. Eyni zamanda onunla bağlı atasına sualların ünvanlanmasının və verilişlərə dəvət olunmasının düzgün olmadığın bildirib. 

Hazırda Kəramət xəstəxanada müalicələri davam etdirilir.

Qeyd edək ki, avqustun 18-də məişət zəminində səs-küy olduğu üçün K.Böyükçölün qonşularından polisə şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq polis şöbəsinə aparılıb. sərbəst buraxılıb.



Xəbəri paylaş

532 dəfə oxunub.

Digər xəbərlər