Saytımızı qiymətləndirin


 
 

ÇAKIR raketi AKINCI PUA-larına inteqrasiya ediləcək - VIDEO
Tarix: 26-10-2022 | Saat: 12:21
Bölmə:Karusel / Region / Yazar | çapa göndər

ÇAKIR raketi AKINCI PUA-larına inteqrasiya ediləcək - VIDEO
Türkiyənin ROKETSAN şirkəti bu il quru, dəniz və hava platformalarından buraxıla bilən yeni qanadlı ÇAKIR raketini ictimaiyyətə təqdim edib. Bu gün yayılan məlumatlarda isə ÇAKIR raketinin Azərbaycana tədarükü barədə xəbər yayıldı. Odur ki, bu dəfə Sizə ROKETSAN  tərəfindən hazırlanan ÇAKIR raketi barədə məlumat veriləcək. 
 
ÇAKIR raketi Orta Mənzilli Gəmi Əleyhinə (OMGS) adlandırılan torpedonun bazasında hazırlanıb.
 
Təqdimata qədər ictimaiyyətə məlum olmayan layihə ilə bağlı verilən son məlumatlardan raketin su üzərində və sahilə yaxın ərazidə yerləşən hədəflərə, strateji quru hədəflərinə və mağara kimi əlçatmayan nöqtələrə atəş açmağa imkan verdiyi məlum olub. ÇAKIR-ın ilk sınaq atışının bu il, platformalara inteqrasiyasının isə 2023-cü ildə tamamlanması gözlənilir. Raketin ilk sınaqlarının Türkiyənin AKINCI PUA-larından buraxılması ilə keçiriləcəyi gözlənilir.
 
ÇAKIR raketinin təqdimatı ROKETSAN-in Lalahan fabrikində keçirilib. Təqdimat mərasimində Müdafiə Sənayesi naziri İsmayıl Dəmir, Roketsan İdarə Heyətinin sədri Faruk Yiğit, Roketsan baş direktoru Murat İkinci və Kale Qrupunun vitse-prezidenti və Texniki Qrup sədri Osman Okyay  iştirak ediblər. Müxtəlif platformalardan buraxıla bilən qanadlı raketin imkanlarını araşdıranda məlum oldu ki, bu raketlər dünyada sürü qabiliyyətinə malik ilk qanadlı raketlərdir. 
 
Türkiyədə inkişaf etdirilən SOM, ATMACA və GEZGİN-dən sonra ROKETSAN yeni ÇAKIR raketini də qanadlı raket ailəsinə daxil etdi.  ÇAKIR daha yüngül olduğu üçün müxtəlif platformalardan, o cümlədən pilotsuz uçuş aparatlarından, pilotsuz dəniz vasitələrindən, taktiki təkərli quru vasitələrindən və suüstü platformalardan buraxıla bilir. 
 
Raketdə Türkiyənin “Kale Ar-Ge” şirkəti tərəfindən hazırlanan yerli KTJ-1750 turbo-reaktiv mühərrikindən istifadə ediləcək. ROKETSAN ilə “Kale Ar-Ge” arasında mühərrikin inkişafı barədə müqavilə də imzalanıb. 
 
Çevik quruluşu ilə seçilən ÇAKIR raketi Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarına, təkərli quru vasitələrinə, pilotsuz dəniz vasitələrinə və dəniz platformalarına inteqrasiya edilməklə TSQ arsenalına daxil ediləcək. 
 
ÇAKIR qanadlı raketinin hədəfini atəşdən sonra dəyişmək də mümkündür. Raketin uçuş məsafəsinin 150 kilometrdən çoxdur. Atıcı qurğunun platformalarının xüsusiyyətlərinə görə yeni qanadlı raket yerüstü hədəflərə, sahilə yaxın quru və surüstü hədəflərə, həmçinin strateji quru hədəflərinə qarşı istifadə oluna bilər.
 
ÇAKIR unikal döyüş başlığına malikdir. Rabitə əlaqəsi şəbəkə əsaslı quruluşa malikdir, istənilən hava şəraitində fəaliyyət göstərə bilir, atışlardan sonra hədəfləri dəyişdirmək və tapşırıqları ləğv etmək imkanı da mövcuddur.
ÇAKIR-ın gələcəkdə müdafiə sənayesində istifadə olunacaq sürü tətbiqi konsepti ilə çox  sayda sursatla koordinasiyalı tapşırıq və hücum imkanına sahib olcağı və beləliklə  düşmən müdafiə sistemlərinin öhdəsindən  asanlıqla gələcəyi, hədəflərə qarşı effektivliyini artırmaq və birdən çox hədəflə məşğul ola biləcəyi planlaşdırılır. 
 
 ÇAKIR dəniz səthinə çox yaxın məsafədə uça biləcək, quruda isə radar təsirlərini sıfırlayacaq xüsusiyyəti və digər sistemləri ilə düşmənin radioelektron siqnallarına qarşı davamlı olacaq. Fərqli və üstün imkanlara malik ÇAKIR raketi xüsusiyyətlərinə görə Türkiyənin Hərbi Dəniz Qüvvələrinin inventarında yer alan “Penguin”  raketlərini də əvəz edəcəyi gözləniləndir.
 
Əsas texniki xüsusiyyətləri
 
Mənzili: 150+km
 
Kütləsi:  ≤ 275 kq (buraxılış mühərriki olmadan)
 
≤ 330 kq (buraxılış mühərriki ilə)
 
Diametri: ≤ 275 mm
 
Uzunluğu: ≤ 3,3 m (İburaxılış mühərriki olmadan))
 
≤ 4,1 m (buraxılış mühərriki ilə)
 
Döyüş başlığının kütləsi: 70 kq
 
Döyüş başlığının tipi: qəlpəli fuqas və ya termobarik
 
Uçuş mühərriki: turbo reaktiv
 
Buraxılış mühərrikinin tipi: qatı yanacaqlı 
 
Kreyser sürəti: 0,75-0,85 Max
 
İdarəetməsi: 
 
- Ətalətli Naviqasiya Sistemi
 
- Basdırılmaya davamlı GNSS (Global Navigation Satellite System - Qlobal Naviqasiya Peyk Sistemi)
 
- Radar hündürlükölçəni
 
- Barometrik hündürlükölçən
 
- Yerüstü Naviqasiya Sistemi
 
Tuşlanma:
 
- İnfraqırmızı aşkarlama başlığı 
 
- Radiodalğalı aşkarlama başlığı
 
- Hibrid (İnfraqırmızı və radiodalğalı aşkarlama başlığından ibarətdir)
 
Türkiyənin torpedalarda xaricdən asılılığına son qoyulması ilə paralel bütün sursatların idarəolunması istiqamətində fəaliyyətləri davam etdirir. İnkişaf etdirilən sistemlərin TSQ tərəfindən istifadə edilməsi, raketi əldə etmək istəyən ölkələr üçün müsbət siqnal olacaq. 
 
Bu silahlar yalnız Türkiyənin milli maraqlarımını qorumaq üçün deyil, həm də  dost və müttəfiq ölkələrə, o cümlədən ilk növbədə Azərbaycana ixrac üçün də nəzərdə tutulur. Nəzərə alsaq ki, Azərbaycan Türkiyədən AKINCI PUA-ları idxal etməyi də planlaşdırır, o zaman ÇAKIR raketlərinin də əldə edilməsi məntiqli addım hesab oluna bilər. 
 
Ədalət Verdiyev,
hərbi ekspert


Xəbəri paylaş

1183 dəfə oxunub.

Digər xəbərlər
13-04-2024, 13:48 DSMF-nin xərcləri artıb