Saytımızı qiymətləndirin


 
 

Putinin strateji nüvə qüvvələrinin planlı təlimini keçirib
Tarix: 22-10-2025 | Saat: 15:34
Bölmə:Karusel / Region | çapa göndər

Picture background

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə quru, dəniz və hava komponentlərini əhatə edən strateji nüvə qüvvələrinin təlimi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu strateji nüvə qüvvələrinin təlimində Plesetsk kosmodromunda “Yars” mobil yerüstü kompleksindən, Barents dənizində “Bryansk” sualtı qayığından və Tu-95 bombardmançı təyyarələrindən istifadə edib.

Təlimlər barədə Baş Qərargah rəisi Valeri Gerasimov Putinə məruzə edib.

Vladimir Putin bunun planlı təlim olduğunu vurğulayıb.

"“Bryansk” nüvə sualtı qayığı nüvə “Sineva” ballistik raketini buraxıb.

"Yars" ballistik raketi Plesetskdən Kamçatkadakı Kur sınaq poliqonuna doğru atılıb. Tu-95MS bombardmançı təyyarələri də qanadlı raketlər buraxıb", - Kremlin məlumatında qeyd olunub.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər