Saytımızı qiymətləndirin


 
 

DİQQƏT! Sizi uşaqpulu adı ilə belə aldada bilərlər
Tarix: 21-06-2023 | Saat: 13:00
Bölmə:Karusel / Sosial | çapa göndər

DİQQƏT! Sizi uşaqpulu adı ilə belə aldada bilərlər

Sosial şəbəkədə yeni dələduzlar peyda olub. Bu dəfə onlar 500 manat "uşaqpulu" veriləcəyi ilə bağlı insanları tora salmağa çalışırlar.

BAKU.WS xəbər verir ki, sosial şəbəkədə prezidentin rəsmi internet saytına oxşayan saxta portallar yaradan dələduzlar vətəndaşlara saxta mesajlar göndərirlər.

Mesajlarda əhaliyə hər doğulan uşağa görə 500 manat pul veriləcəyi qeyd olunub. Növbəti mərhələdə vətəndaşlara doldurmaq üçün blank təqdim olunur. Həmin blankda əvvəlcə valideynlər barədə, daha sonra bank kartları barədə məlumatların doldurulması istənilir.

Bank kartları barədə məlumatları qeyd edən şəxs bu dələduzların qurbanına çevrilə bilər. Bu səbəbdən hər hansı mövzuda dəqiqləşdirmə aparmaq üçün rəsmi qurumlara müraciət etmək gərəkdir.



Xəbəri paylaş

1133 dəfə oxunub.

Digər xəbərlər