Saytımızı qiymətləndirin


 
 

Bakıda yük maşını minik avtomobili ilə toqquşub, 5 nəfər ölüb - FOTO - VİDEO - YENİLƏNİB-4
Tarix: 06-12-2017 | Saat: 10:20
Bölmə:Karusel | çapa göndər

 

Ölənlər arasında azyaşlı da var© "Report"

Video əlavə olunub


*** 22:42

"Qarabaginfo" xəbər verir ki, Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölən azyaşlının kimliyi məlum olub.

"Report"un məlumatına görə, bu, 6 aylıq Hüseynova Cənnət İntamiz qızıdır. 

Qəza nəticəsində ölənlərin hamısı Laçın rayon sakinləridir. Qeyd edək ki, hadisə zamanı 5 nəfər ölüb.


***21:41

Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölənlərin kimliyi məlum olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələrinin əməliyyatı nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.


***21:05

Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölənlərin hamısı bir ailənin üzvləridir. 

"Report"un məlumatına görə, onların arasında 6 aylıq körpənin də olduğu bildirilir. Ailə üzvləri Ağcabədi rayonundan, yas mərasimindən Bakıya qayıdırmış.

 Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

719 dəfə oxunub.

Digər xəbərlər