Saytımızı qiymətləndirin


 
 

QMİ: Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur
Tarix: 19-04-2023 | Saat: 11:27
Bölmə:Karusel / Sosial | çapa göndər

QMİ: Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i -- Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin Ramazan bayramı münasibətilə təbrikində qeyd olunub.

Bildirilib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır.

Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər