Qazaxın işğal altındakı 7 kəndinin Azərbaycana qaytarılması prosesi də başlandı?..
Tarix: 07-03-2021 | Saat: 19:26
Bölmə:Karusel / Gündəm | çapa göndər
1482 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-03-2021 | Saat: 19:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

"İki gündür ki, 500-ə yaxın rus sülhməramlısı və azərbaycanlı sərhəd boyu ölçmə işləri aparır..."
“İcevan yaxınlığında Azatamut, Kayan, Barhudarluda türklərə nəhəng ərazilər veriilir. Artıq iki gündür ki, 500-ə yaxın rus sülhməramlısı və azərbaycanlı Tavuş vilayətində Azatamut, Kayan, Barxudarlu kəndlərində sərhəd boyu ölçmə işləri aparır”.
Qarabaginfo.az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində sözügedən ərazidə yaşayan erməni qadınlardan biri yazıb.
“Torpaqlarımızı verirlər və Tavuş sakinləri problemlə təkbaşına qalıblar. Nikol yenə şifahi olaraq razılaşıb?” –deyə erməni qadın sual edir.
Ermənistanın “Toqarma 301” teleqram-kanalı məlumatı dəqiqləşdirməyə çalışıb.
“Sərhəddəki Voskepar(Əskipara-S.L.) sakinləri ilə əlaqə qurmağı bacardıq.
Tavuş istiqamətində sərhədlərin "demarkasiyası" barədə məlumat təsdiqlənir. Sakinlərin məlumatına görə, demarkasiya dövlət sərhədi boyunca gedir, lakin rəsmilər onlara dəqiq məlumat vermir.
Həmçinin, sakinlər Barxudarlı anklavının və onun yanındakı kəndlərin Azərbaycana verilməsi barədə məlumat verirlər.
Sərhədin demarkasiyasının “Google” xəritələrindən istifadə edilərək, ətraflı müzakirə edilmədən və müstəsna olaraq Azərbaycan tərəfinin xeyrinə aparıldığını nəzərə alsaq, Ermənistanın (Syunikdəkinə bənzər) yolun bir hissəsini itirməsi ehtimalı var.
Sakinlər eyni zamanda qaz kəmərinin bir hissəsinin də Azərbaycana keçəcəyini bildirirlər”- erməni teleqram-kanalı belə yazır.
Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 10 Noyabr bəyanat-razılaşmanın 2-ci bəndinə əsasən Qazax rayonunun işğal edilmiş 7 kəndi Azərbaycana ötən ilin dekabrından geri verilməli idi.
Azərbaycana qaytarılacaq 7 kənd - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləridir.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
8-02-2022, 18:19
Kəmaləddin Heydərov koronavirusa yoluxdu
24-01-2023, 21:50
Zelenski: Bu ölkəyə hücum etməyi planlaşdırmırıq!
11-04-2024, 12:36
Nikol dedi ki, ehtiyatlı olaq, Əliyev çox qəzəblidir...
15-12-2020, 12:44
Rusiyada son sutkada 26 689 nəfər COVID-19-a yoluxub, 577 nəfər ölüb
30-11-2023, 17:04
Lavrov erməni həmkarına irad tutub
25-10-2021, 19:33
Tatarıstanda yaşayış binasında partlayış olub, ölən və yaralananlar var
26-09-2022, 15:04
Düşmənin yenidən atəşkəsi pozmaqda məqsədi nədir? - AÇIQLAMA
3-06-2021, 17:16
Zəngilanın İsgəndərbəyli kəndindən VİDEO
1-04-2022, 18:52
Sahibə Qafarova Özbəkistan Ali Senatının sədri ilə görüşüb






" style="width: 670px; height: 340px;">








