Saytımızı qiymətləndirin


 
 

Azərbaycan konsulları ölümün qeydiyyatını elektron qaydada aparacaq
Tarix: 31-01-2022 | Saat: 18:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan konsulları ölümün qeydiyyatını elektron qaydada aparacaq

Azərbaycan Respublikasının xarici dövlətlərdəki konsulları doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada dövlət qeydiyyatını həyata keçirəcək.

Qarabaginfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, indiyə qədər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən konsul Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarını qeydə alır. Bundan sonra isə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq konsul Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada dövlət qeydiyyatını həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının konsulluqları xarici dövlətlərdə Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeyini müdafiə edir. Konsulluqlar Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin konsul şöbələrindən baş konsulluqlardan, konsulluqlardan, vitse-konsulluqlardan və konsul agentliklərindən ibarətdir. Konsulluqlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tabeliyində olaraq Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyi başçısının ümumi siyasi rəhbərliyi altında fəaliyyət göstərir. Diplomatik nümayəndəliklərin konsul şöbələrinə şöbə müdirləri başçılıq edirlər. Onlar baş konsul və ya konsul adlanırlar. Baş konsulluqlara, konsulluqlara, vitse-konsulluqlara və konsul agentliklərinə müvafiq surətdə baş konsullar, konsullar, vitse-konsullar və konsul agentləri başçılıq edirlər.



Xəbəri paylaş

1293 dəfə oxunub.

Digər xəbərlər