Azərbaycanın Müstəqillik Günü münasibətilə Nyu-Yorkda bayraq qaldırma mərasimi baş tutub
Tarix: 28-05-2026 | Saat: 22:31
Bölmə:Karusel / Siyasət | çapa göndər
57 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-05-2026 | Saat: 22:31
Bölmə:Karusel / Siyasət | çapa göndər
BMT yanında Azərbaycanın Daimi Nümayəndəliyi Nyu-Yorkda 28 May – Müstəqillik Gününə həsr olunan ənənəvi bayraq qaldırma mərasimində iştirak edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin X sosial şəbəkəsində paylaşdığı məlumatda bildirilib.
Qeyd olunub ki, tədbir Nyu-York şəhərində keçirilib və mərasimdə Azərbaycan-Amerika icmasının nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.
“Bu tarixi günü Azərbaycan-Amerika icmasının üzvləri və digər Nyu-York sakinləri ilə birlikdə qeyd etməkdən məmnun olduq”, – paylaşımda vurğulanıb.
Paylaşılan fotolarda Azərbaycanın dövlət bayrağının Nyu-York küçələrində qaldırıldığı və tədbir iştirakçılarının bayraqlarla mərasimə qatıldığı əks olunub.
Xəbəri paylaş
Digər xəbərlər
14-01-2026, 14:09
Hizbullah tərksilah prosesinin vətəndaş müharibəsinə səbəb ola biləcəyinə dair xəbərdarlıq edib
31-08-2024, 13:46
Ermənistan sülh müqaviləsinin yekun variantına dair təklifləri Azərbaycana göndərib
18-08-2025, 20:43
Generalların yeni rütbədə ilk - Fotoları
13-09-2024, 14:08
Pezeşkian Kərbəlaya da getdi
9-12-2021, 18:43
Azərbaycanda 60 min işsiz müəllim var: Pedaqoji fakültələrə qəbul dayandırılır? - Deputatdan açıqlama


















