Saytımızı qiymətləndirin


 
 

Ermənistan sülh müqaviləsinin yekun variantına dair təklifləri Azərbaycana göndərib
Tarix: 31-08-2024 | Saat: 13:46
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyan

 

Biz ötən gün rəsmi Bakıya Sülh müqaviləsinin yekun variantına dair təkliflərimizi təqdim etmişik.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.

O deyib ki, sülh razılaşmasının yekun variantında mündəricat da daxil olmaqla, mövcud 17 bənddən 13-ü artıq razılaşdırılıb. Ermənistanın hökumət başçısının sözlərinə görə, sənəddəki bəndlərdə yer alan bir çox anlayışlar üzrə də razılıq əldə olunub:

“Bəndlərdəki bir çox anlayışlar razılaşdırılıb. Bizim təklifimiz ondan ibarətdir ki, razılaşdırılan bütün bəndlərin əsasında sülh müqaviləsini imzalayaq. Bunu ona görə vacib hesab edirik ki, bu bəndlərdə müqavilənin bütün əsas prinsipləri razılaşdırılıb. Ona görə də təklif edirik ki, sənədi imzalayıb ratifikasiya edək, digər məsələləri isə daha sonra razılaşdıraq”.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər