Tarix: 19-04-2023 | Saat: 10:16
Bölmə:Karusel / Təhsil | çapa göndər
Dövlət İmtahan Mərkəzi (DİM) aktrisa Ellada Sarvanın qızının imtahandan xaric olunması ilə bağlı iddialarına cavab verib.
DİM-dən Qarabaginfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, imtahan binasına qadağan olunmuş vasitələr, o cümlədən mobil telefon gətirmək olmaz.
"Bu, birmənalı qaydadır. Fərqi yoxdur, nə vaxt aşkar olunub, imtahan iştirakçısı istifadə edib və ya etməyib. Bəzən iştirakçı görür nəzarət güclüdür, mobil telefondan istifadə edə bilməyəcək və çıxarıb özü təhvil verir. Üzərinizdə mobil telefon olduqda siz imtahandan xaric olunursunuz. Burada kiməsə güzəşt olunmur. İmtahanda hamı üçün bərabər imkanlar yaradılır. Kimsə əlavə vasitələrdən istifadə edib, süni üstünlük əldə etməyə cəhd etməməlidir", - deyə DİM ittihamlara cavab verib.
Qeyd edək ki, aktrisa Ellada Sarvanın iddiasına görə, qızı Nur Əhmədova mobil telefonunu nəzarətçiyə təhvil versə də, buraxılış imtahanından xarric olunub. DİM-dən narazılıq edən aktrisa qızının yenidən imtahana cəlb olunmasını tələb edib.
Digər xəbərlər