Saytımızı qiymətləndirin


 
 

Əsəd: Ərdoğanla yalnız bu halda görüşə bilərəm
Tarix: 16-03-2023 | Saat: 11:38
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Əsəd: Ərdoğanla yalnız bu halda görüşə bilərəm

Suriya prezidenti Bəşər Əsəd Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla mümkün görüşü barədə danışıb.

 

Qarabaqinfo.az xəbər verir ki, o, "RİA Novosti"yə müsahibəsində Türkiyə hərbçiləri ölkəsini tərk etdikdən sonra Ərdoğanla görüşəcəyini bildirib.

 

Onun fikrincə, bu cür danışıqlar Suriyadakı hərbi münaqişəyə son qoymalıdır: "Ərdoğanla görüşə gəlincə, bu, Türkiyənin Suriya ərazisindən qoşunlarının tam çıxarılması halında olacaq. Suriyada müharibə başlamazdan əvvəl vəziyyət necə idi? Bu, mənim Ərdoğanla görüşümün baş tuta biləcəyi yeganə variantdır”, - Bəşər Əsəd söyləyib.

 

Suriya prezidenti həmçinin Suriya ilə Türkiyə arasında münaqişənin həlli məsələsində vasitəçi kimi fəaliyyət göstərdiyi üçün Rusiyaya güvəndiyini bildirib: “Bu məqsədlə Rusiya Suriya ilə birgə işləyir, Cenevrə, Astana və digər formatlarda məsələni həll etməyə çalışır. Bütün bu formatların bir məqsədi var - Suriyada sabitliyi bərpa etmək”.

 

Əsəd vurğulayıb ki, Rusiyanın Suriyadakı hərbi mövcudluğu müvəqqəti olmamalı və yalnız terrorla mübarizə ilə məhdudlaşmamalıdır. “Terrorizmlə mübarizə bu günün mövzusudur, lakin müvəqqətidir. Rusiyanın hər hansı bir ölkədə hərbi mövcudluğu müvəqqəti heç nəyə əsaslanmamalıdır. Söhbət beynəlxalq balansdan gedir və Rusiyanın Suriyada olması Aralıq dənizində yerləşən bir ölkə kimi dünyada güc balansı ilə bağlı bir məna daşıyır”. modern.az



Xəbəri paylaş

1102 dəfə oxunub.

Digər xəbərlər