Saytımızı qiymətləndirin


 
 

DİN xüsusi əməliyyat keçirib, İrana xidmət edən 20 nəfər tutulub
Tarix: 18-04-2023 | Saat: 16:03
Bölmə:Karusel / Kriminal | çapa göndər

Azərbaycanda din adı altında İran xüsusi xidmət orqanlarının tapşırığı əsasında cinayətkar fəaliyyət göstərən bir qrup şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı 20-ə yaxın şəxsin bu cinayətkar qrupun üzvü olduğu və din adı altında başqa fəaliyyətlər göstərdiyi məlum olub.

Müəyyən edilib ki, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil ediblər.

Onların məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub. 



Xəbəri paylaş

168 dəfə oxunub.

Digər xəbərlər