Saytımızı qiymətləndirin


 
 

“Dərsliklərdə sadə təqdim olunur, müəllimlər mürəkkəb formada öyrədir”- Nazir
Tarix: 17-04-2023 | Saat: 12:57
Bölmə:Karusel / Təhsil | çapa göndər

Elmə maraq kiçik yaşlardan formalaşdırılmalıdır. Elm uşaqlara düzgün şəkildə izah edilməlidir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, dərsliklərdə sadə təqdim olunan məsələlərin həlli müəllimlər tərəfindən düsturlar, mürəkkəb izah formasında şagirdlərə öyrədilir.

“Məktəb səviyyəsində elmə maraq yoxdursa, növbəti mərhələdə çox çətindir. Təbiət elmləri cəmiyyətdə düşüncənin keyfiyyətini müəyyən edir. Dünyada çox az sayda ölkə var ki, ixtisaslaşmış institutları var. Beynəlxalq qiymətləndirmələrdə digər elm sahələrinə nisbətən Azərbaycanın riyaziyyat göstəriciləri daha yaxşıdır. Azərbaycanlı uşaqlar hər il beynəlxalq riyaziyyat olimpiadalarda medal qazanırlar”, – deyə nazir qeyd edib.



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər