Saytımızı qiymətləndirin


 
 

Füzulidə minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb
Tarix: 12-04-2023 | Saat: 12:26
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Azad olunmuş ərazilərdə ötən həftə minalardan təmizlənən ərazinin sahəsi açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində Azərbaycan Respublikası Prezidentinin 18.03.2021-ci il tarixli 1304 nömrəli Fərmanına əsasən həmin dövrdən hal-hazırkı dövrədək bütövlükdə Füzuli rayonu üzrə 18 tikinti obyekti üzrə 1210,94 ha torpaq sahəsinin müvafiq sifarişçi qurumlara ayrılması Komitə tərəfindən təmin edilib.

Qarbaginfo.az xəbər verir ki, bunu Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun növbəti iclasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

Onun sözlərinə görə, bərpa olunan yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində Füzuli şəhərində ümumi uzunluğu 87,55 km olan yol-küçə şəbəkəsinin 18,46 km-lik hissəsi üzrə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib:

“Yaşayış məntəqələrinin minalardan təmizlənməsi istiqamətində 2022-ci ildə 1536.8 ha ərazi minalardan təmizlənib. Nazirlər Kabinetinin 06.01.2023-cü il tarixli Sərəncamına əsasən cari ildə rayonda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 2620,9 ha ərazinin təmizlənməsi nəzərdə tutulub. Cari ilin I rübü ərzində rayon üzrə 622,97 ha (23,7%) ərazinin minalardan təmizlənməsi artıq həyata keçirilib”.



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər