Saytımızı qiymətləndirin


 
 

“Deyirdi ki, Vətənin dar günündə kresloda otura bilmərəm” – Şəhid Vidadinin atası
Tarix: 12-04-2023 | Saat: 11:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Deyirdi ki, Vətənin dar günündə kresloda otura bilmərəm” – Şəhid Vidadinin atası

 

Ötən gün Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Vidadi Zalov 4 il Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə şəhidimizin atası Nizami Zalov məlumat verib.

 

O qeyd edib ki, oğlu daha sonra Quru Qoşunlarında xidmətə davam edib.

 

"Vidadi hər zaman Vətənini sevən olub. O, hər zaman deyərdi ki, Vətənin bu dar günündə mən rahat kresloda, qalstukla oturub işləyə bilmərəm, Vətənimə xidmət etmək istəyirəm", - şəhid hərbçinin atası bildirib.

 

Qeyd edək ki, şəhid Zalov Vidadi Nizami oğlu 17 iyul 1985-ci ildə anadan olub. O, Abşeron rayonunun Saray qəsəbəsində böyüyüb boya-başa çatıb, atası Nizami Zalov vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləyib. Sosial şəbəkələrdə yayılan məlumata görə, Vidadi Zalov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub. 2003-2007-cü illərdə Maliyə fakültəsində təhsil alıb.(modern) 

1233517



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər