Saytımızı qiymətləndirin


 
 

Məktəblilərə pulsuz yemək veriləcək
Tarix: 15-08-2023 | Saat: 14:51
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Məktəblilərə pulsuz yemək veriləcək

Qazaxıstanda bütün ibtidai sinif şagirdləri pulsuz yemək alacaqla

Qarabaqinfo.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sentyabrın 1-dən Qazaxıstanda bütün ibtidai sinif şagirdləri pulsuz yemək almağa başlayacaq. Belə ki, yuxarı siniflərdə təhsil alan aztəminatlı ailələrin uşaqları üçün məktəb yeməkləri pulsuz olacaq. Ölkədə 1.5 milyondan çox belə insan, təxminən eyni sayda 1-4-cü sinif şagirdləri var.

 

Qazaxıstanda pulsuz yeməyin maya dəyəri orta hesabla 577 təngədir (1.3 dollar). Maksimum məbləğ Almatı şəhərində nəzərdə tutulub - 800 təngə (1.8 dollar).

 

Qazaxıstan Uşaq Hüquqlarının Müdafiəsi Komitəsinin şöbə müdiri Dana Maktayevanın sözlərinə görə, əvvəlki illərdə məktəblilərin pulsuz yeməklə təminatı 56.6% təşkil edib. Bunu Astana, Almatı və Çimkent şəhərlərinin, Pavlodar, Qərbi Qazaxıstan, Qaraqanda, Ulutau, Qızılorda və Atırau vilayətlərinin məktəbliləri əldə edib.



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər