Saytımızı qiymətləndirin


 
 

Naxçıvanda itən hərbçilərimizdən biri Ermənistanda saxlanıldı –TƏCİLİ
Tarix: 10-04-2023 | Saat: 14:04
Bölmə:Karusel / Region | çapa göndər

Naxçıvanda itkin 2 hərbçimizdən 1-i Ermənistan ərazisində saxlanılıb.

Qarabaginfo.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Əsgərimiz bildirib ki, onunla birgə digər hərbçi də olub.

Əlverişsiz hava şəraitində yolu azaraq itən digər hərbçimizdən hələ xəbər yoxdur.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün  2 hərbçimizin iytikn düşməsi barədə xəbər yayıb. Bildirlir ki, hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər