"Ermənistanın mövcud hakimiyyəti səbatsızdır, iqtisadiyyatda naşıdır, aydın fəaliyyət planına malik deyil".
"Qarabaginfo"nun xəbərinə görə, bunu Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.
Onun fikrincə, hökumət başçısı Nikol Paşinyan parlaq şəxsdir, lakin populizmə ifrat meyl göstərməsi ciddi narahatlıq doğurur: "Ola bilsin, Paşinyan çox tez sönüb gedən meteoritdir”.