Tarix: 10-04-2023 | Saat: 13:29
Bölmə:Karusel / Region | çapa göndər
İrəvan hakimiyyətinin siyasəti ucbatından ölkənin hara doğru hərəkət etdiyi tam aydın deyil. Nəticədə Ermənistan müttəfiqlərdən məhrum olur.
Qarabaginfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Ermənistan hakimiyyətinin siyasəti “Buridanın eşşəyi” məsəlini xatırladır: ac eşşəyin qarşısında tamamilə eyni olan iki ot tayası olur. Eşşək uzun müddət başını soldan sağa, sağdan sola silkələyir, hansı ot tayasından başlayacağını bilir. Ot tayalarının bir-birindən heç bir fərqi olmadığından qərar vermək mümkün olmu. Nəticədə, eşşək heç bir ot tayasının dadına baxmadan aclıqdan ölür.
Ermənistan da belədir. Nə ölkənin ABŞ-ın hərbi təlimlərində iştirak edib-etməyəcəyi bəllidir, nə də İrəvanın KTMT-nin sərhədlərə yaxın missiya yerləşdirmək təklifinə cavabı”, - o bildirib.
Danielyan qeyd edib ki, hakimiyyətin yürütdüyü siyasi xətt təkcə ölkə daxilində deyil, beynəlxalq tərəfdaşlar üçün də anlaşılmazdır:
“Bəzən elə təəssürat yaranır ki, hakimiyyətin yeritdiyi siyasəti başa düşmək üçün psixoanalitiklərin rəyi tələb olunur. Bəlkə onlar hansı uşaqlıq travmasının mövcud hakimiyyəti bu cür hərəkətə sövq etdiyini izah edərlər.
Nə olursa olsun, bütün bu qeyri-müəyyənliklər və ziddiyyətli hərəkətlər və bəyanatlar nəticəsində Ermənistan region üçün ən taleyüklü dövrdə müttəfiqlərini itirir”.
Digər xəbərlər