"Güləbirdin Humay Hümbətov adlı şəhidi yoxdur və həmin bulaq da şəhidin adını daşımır..."
Tarix: 19-05-2021 | Saat: 09:32
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1389 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-05-2021 | Saat: 09:32
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Bəzi media orqanlarında haqqımda yayılan görüntülər saxtadır və mənə qarşı həyata keçirilən böhtan kampaniyasıdır. İyirmi səkkiz il mayın 18-ni Laçının işğal günü kimi qeyd edən xalqımız Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. Mənim də iştirakım olmaqla Güləbird kəndində tədbir təşkil olunub. AZTV-nin, ARB-nin, Real TV-nin əməkdaşları da reportaj hazırlamaq məqsədilə orada olublar. Bununla yanaşı həmin tədbirdə Qarabağ qaziləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, eləcə də Laçın rayonundan olan sakinlər də iştirak ediblər”.
Haqqında yayılan informasiyalara 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə münasibət bildirərkən belə deyib.
M. Abbaszadə Laçın rayonunun Güləbird kəndinin Humay adlı şəhidinin olmadığını bildirib:
“Həmin ərazidə Humay adlı bulaq var. Amma kəndin Humay Hümbətov adlı şəhidi yoxdur və bulaq da şəhidin adını daşımır. Orada biz yalnız su qəbul etmişik. Bir daha bəzi mətbu orqanlarını haqqımda əsasız məlumatlar yaymamağı çağırıram. Hər hansı bir məlumat yayarkən dəqiqləşmə aparmağı tövsiyə edirəm. Şər və böhtan atmaq yaxşı əlamət deyil.”
Qeyd edək ki, bəzi media orqanlarında çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın orada olan zaman kef məclisi qurduğu ilə bağlı məlumatlar yayılıb.
Xəbəri paylaş
Digər xəbərlər
27-08-2021, 11:25
DİN: Ötən gün 11 nəfər aktiv COVID xəstəsi ictimai yerlərdə saxlanılıb, 4 nəfərə cinayət işi açılıb
29-05-2021, 20:15
Azərbaycan komandası dünya çempionu oldu - VİDEO
4-03-2021, 13:01
Magistraturaya qəbul imtahanında 1818 nəfər 0-30 bal toplayıb
15-04-2025, 15:30
Hulusi Akar: Ermənistan sərhəddə atəşkəsi pozmaqla bir yerə çata bilməz
16-10-2021, 13:55
İcra başçısı: “Müharibə dövründə Tərtərə 21 "Smerç" raketi atılıb”
21-02-2022, 13:59
Prokurorluq Müdafiə Nazirliyindəki həbslə bağlı açıqlama yaydı
19-06-2025, 11:01
“Heç vaxt nüvə silahına can atmamışıq, atmayacağıq” –İran XİN rəhbəri
21-11-2023, 13:55
Penitensiar xidmətin rəisinə general-mayor rütbəsi verildi
11-12-2024, 10:51
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı AÇIQLANDI
17-02-2022, 20:23
Sumqayıtda avtomobil körpüdən aşıb, 3 nəfər ölüb