Saytımızı qiymətləndirin


 
 

Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürə bilər? - İqtisadçı RƏYİ
Tarix: 25-02-2022 | Saat: 13:32
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Ukraynaya qarşı hərbi əməliyyata başlayandan dərhal sonra Qərbdən Rusiyaya sanksiyalar tətbiq edildi. Olduqca mühüm şəxslərin bank hesabları donduruldu, Rusiyaya xaricdən gələn texnologiyalara qadağa qoyuldu. Bəs bu sanksiyalar Rusiya iqtisadiyyatını çökdürə bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli Qarabaqinfo.az-a bildirib ki, Rusiya iqtisadiyyatına təsir edə biləcək obrazlı desək, iki ölümcül sanksiya mövcuddur:

“Bunun biri beynəlxalq pul köçürmələri sistemindən Rusiyanı ayırmaq, digəri isə bu ölkənin neft-qaz satışına qadağa qoymaqdır. Hələlik bu iki sanksiya tətbiq olunmadı. Çünki bunlar bir-biri ilə bağlı məsələlərdir. Avropanın indiki halda Rusiya qazından imtinası mümkünsüzdür. Çünki Avropa ona lazım olan qazın 38 faizini Rusiyadan alır. İldə 178 miyard kub metr qaz almaq məcburiyyəti var. Çünki indi başqa mənbələr yoxdur. Ona görə də, Avropa bu məhdudiyyəti tətbiq edə bilmir”.


Ekspertin sözlərinə görə, Avropa əgər Rusiya qazını almağa davam edəcəksə, bunun pulunun da ödənilməsi lazımdır:

“Bunu da obrazlı desək, çantalarla Rusiyaya daşınması mümkün deyil. Ona görə də, beynəlxalq pulköçürmə sistemindən də Rusiyanı ayırmaq olmadı. Bu iki sanksiya qoyulmadıqca, Rusiya iqtisadiyyatı çox ağır duruma düşsə də ayaqda durmaq qabiliyyətinə malik olacaq. Çünki Rusiyanın 600 milyard dollara yaxın qızıl valyuta ehtiyatı da var”.

Ekspert qeyd edib ki, ancaq tətbiq edilən sanksiyalar çox ağrılıdır:

“Əsasən də, bank sektoruna, fərdi şəxslərə qoyulan sanksiyalar, texnoloji sahədə qoyulan sanksiyalar çox güclüdür.Təbii ki, bunlar Rusiya iqtisadiyyatını zəiflədəcək və ciddi dalğalanmalar olacaq. Ancaq bu, o anlama gəlmir ki, həmən çox yaxın zamanda-1 aya, 2 aya Rusiya çökəcək. Belə bir ehtimal da yoxdur. Buna görə də, sanksiyalarla yanaşı, Rusiyaya qarşı atılacaq növbəti addımlar çox ciddi müzakirə obyekti olacaq. Mənə elə gəlir ki, Rusiya neftindən və qazından asılılıq Avropada qaldıqca, Rusiyaya qarşı o dırnaqarası yüngül sanksiyaların tətbiqinə də Qərb getməyəcək. Bu da aydın görünür. Ancaq hər bir sahədə Rusiyanın sıxışdırılması davam edəcək. Əgər bu aylarla, illərlə davam edəcəksə, bəli, Rusiya iqtisadiyyatını zəiflədib, dayanıqsız vəziyyətə gətirə bilər”.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər