Saytımızı qiymətləndirin


 
 

 Nazirin AZAL-la bağlı dediyi rəqəm suallara səbəb oldu: 1 milyard hara gedib?
Tarix: 07-04-2023 | Saat: 12:25
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 Nazirin AZAL-la bağlı dediyi rəqəm suallara səbəb oldu: 1 milyard hara gedib?

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin AZAL-la bağlı dediyi fikirlər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qarabaginfo.az xəbər verir ki, nazir Azərbaycanın ən bahalı xidmət göstərən və daim tənqid hədəfi olan AZAL-ın  illik gəlirinin 1 milyard manatdan çox olduğunu bildirib: “Azərbaycan Hava Yolları” (AZAL) QSC ölkədə nadir şirkətlərdəndir ki, onun illik gəlirləri 1 milyard manatın üzərindədir.

Nazirin bu sözləri bir sıra suallara səbəb olub.

Məsələn, vətəndaşlardan biri qeyd edir ki, neçə ildir AZAL-ın yüzmilyonlarla borcu olduğunu və dövlət dotasiyası ilə fəaliyyət göstərdiyini ictimaiyyətə açıqlayan rəsmi şəxslərin indiki sözləri bir anlama gəlir: “Əlbəttə dünyada ən bahalı xidməti olan AZAL-ın gəlirsiz işləməsi nağıldan başqa bir şey deyildi”.

Eyni zamanda sual olunur ki, AZAL ildə bir milyard manat gəlir gətirirsə, niyə təyyarələrin yanacağı, təyyarələr dövlət büdcəsi hesabına alınır? Buradan gələn pullar hara yoxa çıxır?

Başqa bir aktiv və məlumatlı vətəndaş yazır: “Bixəbər nazirin diqqətinə çatdırım ki, Azərbaycan hökumətinin 2022-ci il mayın 31-də “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” yaydığı hesabata əsasən qiymətlərin baha olmasına baxmayaraq, AZAL ötən ili maliyyə itkisi ilə başa vurub. Hesabatda AZAL QSC-nin 2021-ci ildə yaranan 34.8 milyon manatlıq dövlət zəmanətli borcunun Təminat Fondu tərəfindən ödənildiyi qeyd olunub.

Dövlət büdcəsindən subsidiya da alan AZAL pandemiya zamanı və ondan əvvəlki il də zərərlə işləyib. Şirkətin 2019 və 2020-ci illər üzrə açıqladığı maliyyə hesabatına əsasən şirkət həmin illəri müvafiq olaraq 78 milyon 770 min və 76 milyon 415 min manat xalis zərərlə başa vurub”.

Başqa bir mövqe: “Ötən il açıqlanmış hesabata görə, AZAL 1 milyard manat zərər edib. Zərərə görə dövlət büdcəsindən 232 milyon manat subsidiya alıb.  Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə bu gün deyib ki, AZAL ölkədəki nadir şirkətlərdəndir ki, onun gəliri 1 milyard manatın üzərindədir.  Sizcə AZAL indi ziyanla işləyir, yoxsa gəlirlə?”.

Sual açıq qalır...

(Yenisabah)



Xəbəri paylaş

1122 dəfə oxunub.

Digər xəbərlər
25-03-2021, 09:57 Neft ucuzlaşıb