Saytımızı qiymətləndirin


 
 

Türkiyədə bu ittifaq seçkilərə 2 proporsional siyahı ilə qatılacaq
Tarix: 05-04-2023 | Saat: 15:27
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyədə bu ittifaq seçkilərə 2 proporsional siyahı ilə qatılacaq

 

Türkiyədə 14 mayda keçiriləcək parlament seçkilərində "Əmək və Azadlıq İttifaqı"nın hansı formada iştirak edəcəyi məlum olub.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ittifaq daxilində aparılan müzakirələr başa çatıb.

 

Qərara görə, "Əmək və Azadlıq İttifaqı"na daxil olan Türkiyə Fəhlə Partiyası (TİP) ittifaq çərçivəsində ayrıca proporsional siyahı ilə seçkilərə qatılacaq. İttifaqın üzvü olan digər bütün siyasi qüvvələr isə Yaşıl Sol Partiyanın (Yaşıllar və Sol Gələcək Partiyası - YSP) proporsional siyahısından namizədlər irəli sürəcək.

 

Qeyd edək ki, "Əmək və Azadlıq İttifaqı"na Xalqların Demokratik Partiyası (HDP), Türkiyə Fəhlə Partiyası (TİP), Əmək Partiyası (EMEP), Əməkçi Hərəkat Partiyası (EHP), İctimai Azadlıq Partiyası (TÖP), Yaşıllar və Sol Gələcək Partiyası (YSP) və Sosialist Məclislər Federasiyası (SMF) daxildir.

 

14 mayda Türkiyədə parlament seçkiləri ilə yanaşı, prezident seçkiləri də keçiriləcək. Bu ittifaq prezidentliyə namizəd çıxarmayıb.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər
30-06-2022, 12:58 Sabah 38° isti olacaq