Saytımızı qiymətləndirin


 
 

Netanyahu Fələstin dövlətinin yaradılmasına yol verməyəcəklərini bəyan edib
Tarix: 07-12-2025 | Saat: 20:18
Bölmə:Karusel / Dünya | çapa göndər

Binyamin Netanyahu, İsrail Baş naziri

 

İsrail Baş naziri Binyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına yol verməyəcəklərini bəyan edib.

Qarabaginfo.az-ın xəbərinə görə, Binyamin Netanyahu bunu Almaniya kansleri Fridrix Merzlə Qüdsdə birgə mətbuat konfransında bəyan edib.

İsrail Baş naziri deyib ki, Fələstin dövlətinin yaradılması ilə bağlı məsələdə Fridrix Merzlə fikir ayrılıqları var: "Aydındır ki, fərqli bir baxışımız var, çünki Fələstin dövlətinin məqsədi yeganə yəhudi dövlətini məhv etməkdir. Qəzzada artıq de-fakto bir dövlət mövcud olub və həmin ərazi İsrailə qarşı hücumlar üçün istifadə edilib. İsrail ərəb dövlətləri ilə daha geniş sülhə nail olmağın mümkün olduğuna inanır, həmçinin fələstinlilərlə real və uzunmüddətli sülhün də yolları mövcuddur. Lakin İsrail öz qapısında özünü məhv etməyə çalışan bir dövlətin yaranmasına icazə verməyəcək”.



Xəbəri paylaş

18 dəfə oxunub.

Digər xəbərlər