Saytımızı qiymətləndirin


 
 

Ermənistan Putinə görə geri addım atdı
Tarix: 04-04-2023 | Saat: 10:23
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan Putinə görə geri addım atdı

 

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxarmasından sonra Roma Statutunun ratifikasiyasını ertələmək niyyətindədir.

 

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan deyib.

 

"Ermənistanın Roma Statutunun erkən ratifikasiyasına ehtiyacı yoxdur, bu, Rusiyaya qarşı mənfi addım olacaq", - deyə o bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan oxşar məzmunlu açıqlama vermişdi. Onun sözlərinə görə, hökumət Azərbaycanla fikir ayrılıqlarına görə 2022-ci ilin dekabrında Roma Statutuna qoşulub və Beynəlxalq Cinayət Məhkəməsinin sonrakı qərarlarını öncədən proqnozlaşdırmaq mümkün olmayıb: "Buna görə də hakim komanda Putin Ermənistana səfər edəcəyi təqdirdə onu həbs etmək fikrində deyil".



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər
6-12-2023, 13:21 Qoca Səmədov vəfat etdi