Gəncədə dələduzluq məqsədilə şəhid adından istifadə edən şəxs saxlanılıb
Tarix: 13-01-2022 | Saat: 08:16
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1326 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-01-2022 | Saat: 08:16
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərindən Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirəcəyini vəd edərək sakinlərin müxtəlif məbləğlərdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.
Saxlanılaraq istintaqa təhvil verən Anar Ağayev törətdiyi cinayət hadisəsini etiraf edərək əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirib. Hazırda həmin şəxs barəsində araşdırmalar davam etdirilir
Xəbəri paylaş
Digər xəbərlər
2-09-2021, 17:39
Dövlət Dəniz Agentliyi hava şəraiti ilə bağlı məlumat yayıb
28-10-2026, 10:05
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək, böyük irəliləyiş əldə edirik
27-10-2020, 11:11
Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI
19-10-2026, 15:19
Lavrov İrana səfər edib
3-06-2020, 11:17
Zakir Qaralovun qardaşına cinayət işi açıldı - SENSASİYA
21-12-2024, 08:03
ABŞ əl-Colaninin başına qoyulan 10 milyon dollar mükafatı ləğv edib
12-12-2025, 20:32
“İrana yeni zərbələr endirilə bilər”
24-11-2023, 10:37
Qaribaşvili Bakıya səfərə yola düşüb
26-09-2024, 16:28
Azərbaycan və Serbiya arasında qaz təchizatı üzrə müqavilə imzalanıb
















