Saytımızı qiymətləndirin


 
 

Ermənilər Paşinyanın arvadına “şeytan“ dedilər 
Tarix: 03-04-2023 | Saat: 15:07
Bölmə:Karusel / Region | çapa göndər

 

Ermənilər Paşinyanın arvadına “şeytan“ dedilər 

 

Həmin qadın daha bir açıqlama verdi. İndi də fərarilik haqqında. Mən ona xanım da demirəm, ona şeytan deyirəm. O, ərindən daha təhlükəlidir. Əvvəlcə dedi ki, oğullarımız mənasız öldü, sonra dedi ki, yas bəsdir, sonra da xoşbəxtlik üçün bəzi düsturlar təklif etdi. Bu gün də artıq fərarilikdən danışır“. 

Qarabaginfo.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə 44 günlük müharibədə həlak olmuş əsgər Hayk Melikyanın anası Naira Melikyan danışıb.  

“İlk növbədə, sizə bildirmək istəyirəm ki, bu gün hökumətimizin bir çox üzvləri ordudan qaçmış vəziyyətdədir. Ola bilsin ki, Anna onları nəzərdə tuturdu. Onun ərindən başlayaraq bir sıra nazirlərin heç biri orduda xidmət etməyib. Hətta keçmiş təhsil naziri də eynilə. Hesab edirəm ki, bundan sonra bu məsələyə diqqət yetirməliyik. Biz onların xalqımızın üstünə atdığı ləkələrə toxunmamalıyıq. Biz öz hərəkətlərimizə diqqət yetirməli və nəhayət bunları aradan qaldırmalıyıq. Vəziyyətimiz isə hazırda daha pisdir”. 



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər