Saytımızı qiymətləndirin


 
 

Ekspert: "Nazirlər Kabinetinin son qərarı ərzaq qıtlığının yaranmaması üçün preventiv tədbirlərdəndir"
Tarix: 20-03-2022 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Cómo ahorrar en 2019 en el super y tiendas - La Buena Vida Magazine | Tu revista de interés general, estilo de vida, nutrición y salud para toda la familia.

Azərbaycanda ərzaq təminatı ilə bağlı problem yaranmaması üçün Nazirlər Kabineti tərəfindən “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərar imzalanıb.

Qarabaginfo.az bildirir ki, “Report” Qərarın niyə məhz indi imzalanmasını və özündə nəyi ehtiva etməsini iqtisadçı ekspert Eldəniz Əmirovla müzakirə edib.

Ekspert bildirib ki, siyahıya baxdıqda ixracı tənzimlənən məhsulların 28 adda olduğunu görürük. Lakin onları qruplaşdıranda 5-6 konkret qrup ortaya çıxır: ət, şəkər, yağ, yumurta.

“Məsələn, iribuynuzlu, xırdabuynuzlu, toyuq – istər heyvan şəklində, istərsə də ət məhsulları formasında konkret olaraq ət məhsullarını əhatə edir. Eyni şeyi yağ və şəkər haqqında da deyə bilərik. Başqa sözlə, ət, şəkər, yağ, yumurta daha çox üstünlük təşkil edir. Bunların da ixracı ölkə üzrə o qədər də kütləvi deyil ki, bu ixracın məhdudlaşdırılması ölkəyə hər hansı ciddi valyuta axınını əngəlləmiş olsun”, - E.Əmirov qeyd edib.

Ekspert hesab edir ki, Nazirlər Kabinetinin son Qərarı ixraca birbaşa hər hansı bir qadağanın tətbiq edilməsi deyil:

“Bunu qadağa kimi qiymətləndirmək doğru olmaz. Sadəcə olaraq burada əsas nəzarətetmə və tənzimlə funksiyası həyata keçirilməsidir ki, bu da ölkənin ərzaq təhlükəsizliyinin idarə olunmasında, o cümlədən də ərzaq qıtlığının yaranmaması üçün preventiv tədbirlərdən hesab edilməlidir.

Эффект домино: какие продукты питания подорожают - видео

Burada hər hansı bir qıtlıqdan söhbət getmir. Sadəcə olaraq Nazirlər kabinetinin qərarı ilə məhz sözügedən məhsulları ixrac etmək istəyən sahibkarlar İqtisadiyyat Nazirliyinə müraciət edir və müraciətdə bütün məlumatlar təqdim edilir. Beş gün ərzində İqtisadiyyat Nazirliyində həmin müraciətə baxılaraq, əgər icazə verilirsə, müsbət rəy məktubu verilir. Əgər İqtisadiyyat Nazirliyindən müsbət rəy məktubu verilirsə, sahibkar bu məktubun müşayiəti ilə ixrac edə bilər. Yəni ixrac olunmuş məhsulun üzərində belə bir məktub olmalıdır ki, bunun ixracına İqtisadiyyat Nazirliyi müsbət rəy verib. İqtisadiyyat Nazirliyi bu müsbət rəyi verərkən birmənalı olaraq bazarı təhlil edərək həmin məhsulla bağlı ölkədə qıtlığın yaranma ehtimalını qiymətləndirir və sonra qərar verir. Göründüyü kimi, qadağa yoxdur. Sadəcə olaraq bu nəzarətetmə və tənzimləmə vasitədir”.

E.Əmirov bildirib ki, bu qərarın əsas məqsədi ümumilikdə ölkənin ərzaq ehtiyatlarını nəzarət altında idarə etməkdir:

“Hansı məhsul hansı formada azalır, hansı məhsulu hansı formada artırmaq olur, hansı məhsulun həcmini hansı formada əngəlləmək olar – bütün bunlar üçün bir nəzarət və tənzimləmə mexanizmi olur. Hazırda hər hansı bir qıtlıq və ya qadağa yoxdur.

Sadəcə olaraq, Rusiya və Ukrayna arasındakı müharibənin ilin sonuna qədər davam edəcəyi təqdirdə yerli bazarın təchiz olunmasında hər hansı bir ciddi problem ortaya çıxarsa, o zaman biz sual verəcəyik ki, “Nə üçün vaxtında qərar qəbul olunub, bu məsələ tənzimlənmədi, nəzarətə götürülmədi?” Məhz o sulların verilməməsi üçün düşünürəm ki, Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinin bu addımı düzgündür”.



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər