Tarix: 21-02-2022 | Saat: 17:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərində fəhlə kimi çalışmaq istəyən vətəndaşların sayı artıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Axar.az-a çoxsaylı müraciətlər daxil olub.
Vətəndaşlar bildirirlər ki, onlar Qarabağda fəhlə kimi işləmək üçün hara müraciət edəcəklərini bilmirlər.
Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin rəhbəri Mais Musayev saytımıza açıqlamasında bildirib ki, Agentliyin elektron xidməti olan “Məşğulluq” altsistemində vakansiya bankı yaradılıb. Həmin vakansiya bankına yerləşdirilən boş iş yerləri arasında işğaldan azad olunan ərazilər üzrə də vakansiyalar mövcuddur:
“Həmin ərazilərdə hazırda tikinti, quruculuq işləri aparıldığı üçün vakansiyalar əsasən inşaat sahəsi, mühəndis, memar, yük avtomobili sürücüləri və s. istiqamətdədir. Həm vakansiyalarla tanış olmaq, həm də iş yerlərinə müraciət etmək üçün işsiz və işaxtaran vətəndaşlar Bakı şəhəri üzrə DOST mərkəzlərinə, rayonlar üzrə isə Ərazi Məşğulluq filiallarına müraciət edə bilərlər. Ərazi Məşğulluq filialları tərəfindən vakansiyalar üzrə uyğun namizədlərin göndərişlərinin həyata keçirilməsi təmin edilir”.
Digər xəbərlər