Saytımızı qiymətləndirin


 
 

Sloveniya İsraili tənqid edən Aİ bəyanatının qəbulunu bloklayıb
Tarix: 27-08-2026 | Saat: 09:36
Bölmə:Karusel / Dünya | çapa göndər

Sloveniya İsraili tənqid edən Aİ bəyanatının qəbulunu bloklayıb

Sloveniya İsrailin İordan çayının qərb sahilində yerləşən E-1 zonasında yəhudi yaşayış məntəqələrinin tikintisi planlarını pisləyən Avropa İttifaqının birgə bəyanatının qəbulunu bloklayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Sloveniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Keçirilən məsləhətləşmələrdən sonra Sloveniya Aİ-nin 27 ölkəsinin təklif etdiyi bəyanat layihəsini dəstəkləməyib”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Nazirlik hesab edir ki, belə bir Aİ bəyanatı “əlavə fayda gətirməyəcək”.

Qeyd edək ki, Yanez Yanşa rəhbərliyində Sloveniyanın yeni hökumətinin tərkibi iyunun 4-də parlament tərəfindən təsdiqlənib. Sloveniyanın Baş naziri İsraillə bağlı siyasətə, o cümlədən Fələstinin müstəqilliyinin tanınması məsələsinə yenidən baxmaq niyyətində olduğunu dəfələrlə açıqlayıb.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər