Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Sloveniya İsraili tənqid edən Aİ bəyanatının qəbulunu bloklayıb
Ana Sayfa > Karusel / Dünya > Sloveniya İsraili tənqid edən Aİ bəyanatının qəbulunu bloklayıb

Sloveniya İsraili tənqid edən Aİ bəyanatının qəbulunu bloklayıb


Bu gün, 09:36. Yazar: Admin

Sloveniya İsraili tənqid edən Aİ bəyanatının qəbulunu bloklayıb

Sloveniya İsrailin İordan çayının qərb sahilində yerləşən E-1 zonasında yəhudi yaşayış məntəqələrinin tikintisi planlarını pisləyən Avropa İttifaqının birgə bəyanatının qəbulunu bloklayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Sloveniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Keçirilən məsləhətləşmələrdən sonra Sloveniya Aİ-nin 27 ölkəsinin təklif etdiyi bəyanat layihəsini dəstəkləməyib”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Nazirlik hesab edir ki, belə bir Aİ bəyanatı “əlavə fayda gətirməyəcək”.

Qeyd edək ki, Yanez Yanşa rəhbərliyində Sloveniyanın yeni hökumətinin tərkibi iyunun 4-də parlament tərəfindən təsdiqlənib. Sloveniyanın Baş naziri İsraillə bağlı siyasətə, o cümlədən Fələstinin müstəqilliyinin tanınması məsələsinə yenidən baxmaq niyyətində olduğunu dəfələrlə açıqlayıb.


Geri dön