Saytımızı qiymətləndirin


 
 

Fransalı qadın “Facebook”da Makronu “təhqir etdiyinə” görə, onu məhkəmə prosesi və 12 min avro cərimə gözləyir
Tarix: 31-03-2023 | Saat: 17:57
Bölmə:Karusel / Dünya | çapa göndər

Fransalı qadın “Facebook”da Makronu “təhqir etdiyinə” görə, onu məhkəmə prosesi və 12 min avro cərimə gözləyir

Fransa vətəndaşı prezident Emmanuel Makronu “Facebook”da təhqir etdiyinə görə 12 min avro məbləğində cərimələnə bilər.

Qarabaginfo.az AFP-yə istinadən xəbər verir ki, cümə günü polis qadının evinə gedərək onu saxlayıb.

Qeyd olunub ki, 50 yaşındakı qadın iyunun 20-si məhkəmə qarşısına çıxacaq.

Makronun ümummilli etirazlara səbəb olan mübahisəli pensiya islahatlarını müdafiə etmək üçün TF1 televiziyasına müsahibə verməsindən bir gün əvvəl, Valeri adlı qadın martın 21-də “Facebook” səhifəsində paylaşım edib.

“Biz bu çirkinliyi həmişə televiziyada görürük”, - qadın paylaşımında yazıb.

Qadının 2018-2019-cu illərdə “sarı jiletlilər”in nümayişlərinə qatıldığı da bildirilib.

Prokuror bildirib ki, qadın “respublika prezidentini təhqir etməkdə” ittiham olunur və iyunun 20-də mühakimə olunacaq.

Xatırladaq ki, Fransada bir aydan çoxdur hökumətin pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirilir. Aprelin 6-da növbəti etiraz dalğasının başlayacağı bildirilir.



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər