Saytımızı qiymətləndirin


 
 

Qəzaya düşən məktəblilərə 5 min manat VERİLƏCƏK
Tarix: 14-06-2022 | Saat: 17:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərin hər biri 5 min manat məbləğində sığorta haqqı ala bilərlər.

 

Bu barədə Qarabaginfo.az-a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

 

Bldirilib ki, üçüncü şəxslərin sağlamlığına vurulan zərərlə bağlı məsuliyyəti sübut olunmuş avtonəqliyyat vasitəsi şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitədirsə, bu zaman sərnişinlərin icbari fərdi qəza sığortası ilə də sığortalanmalıdır:

 

"Qanunvericiliyin tələblərinə əsasən baş vermiş qəza zamanı sərnişinlərin sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi üçün şəhərlərarası və beynəlxalq sərnişin daşımaları xidmətini həyata keçirən nəqliyyat vasitələrinin iki sığorta növü üzrə sığortalanması mütləqdir - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə".

 

Qeyd olunub ki, hadisə zamanı təqsirkar tərəf avtobus sürücüsüdürsə, o zaman sığorta ödənişi avtobusun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə həyata keçiriləcək:

 

"Əgər hadisə zamanı digər nəqliyyat vasitəsinin təqsiri sübut olunarsa, zərər onun avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı tərəfindən ödəniləcək. Bu halda fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə ümumi 50 min manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 000 manat ödəniş həyata keçirilir.

 

Üçüncü şəxslərin sağlamlığına vurulan zərərlə bağlı məsuliyyəti sübut olunmuş avtonəqliyyat vasitəsi şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitədirsə, bu zaman Sərnişinlərin icbari fərdi qəza sığortası ilə də sığortalanmalıdır. Bu halda üçüncü şəxslərin sağlamlığına dəyən zərərin ödənilməsi üzrə sığorta məbləğləri nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə 5 000 manat olaraq hesablanır. Ümumi sığorta ödənişi məbləği ilə əlaqədar maksimum hədd isə oturacaqların sayı ilə müəyyən olunur.

 

Yuxarıda qeyd olunan iki növ üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir”.

 

Həmçinin məlumatda qeyd olunub ki, əgər qəza baş verən anda təqsirli tərəf hesab olunan avtonəqliyyat vasitələri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığortalanıbsa, bu zaman zərəçəkənlərə və ya onların varislərinə hər iki növ üzrə sığorta ödənişi həyata keçiriləcək.

 

Qeyd edək ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.



Xəbəri paylaş

259 dəfə oxunub.

Digər xəbərlər