Onlar vəzifəsiz qaldı - Sabiq deputatın oğlu, prorektorun qardaşı...
Tarix: 30-03-2023 | Saat: 17:03
Bölmə:Karusel / Gündəm | çapa göndər
1216 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-03-2023 | Saat: 17:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xəbər verdiyimiz kimi, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ləğv edilərək, yerində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Agentliyin sədri isə "Meliorasiya və Su Təsərrüfatı"nın sədri Zaur Mikayılov təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, FHN-nin Su Ehtiyatları Agentliyindən 3, "Azərsu”dan 5, "Meliorasiya və Su Təsərrüfatı" ASC-dən 2 əsas vəzifəli şəxs vəzifəsini itirib.
Rafiq Sabir oğlu Aslanov - 2006-cı ildən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini olub. ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin əsas kadırlarından sayılır.
Zakir Quliyev - 2006-cı ildən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini olub. Sabiq sədr Əhməd Əhmədzadənin əsas kadırlarından sayılır.

Teyyub Cabbarov, Etibar Məmmədov, Köçərli Həsənov, Seymur Seyidov, İlqar Tağıyev uzun illərdir "Azərsu” ASC-nin sədr müavinidirlər. Onların əksəriyyəti ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun əsas kadırlarından hesab olunur.

Hikmət Əhəd oğlu Məmmədov - Uzun illər hüquq mühafizə orqanlarında çalışmış, keçmiş polis işçisi 2021-ci ildən FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifəsində çalışır. 4 yanvar 1959-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və DİN-nin Polis Akademiyasını bitirib.
Ruslan Çoban oğlu Ağamirzəyev - FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavinidir. Əməkdar mühəndisdir. BDU-nun prorektoru Əliş Ağamirzəyevin qardaşıdır.

Elxan Süleymanov - Ziya Süleymanov
Ziya Elxan oğlu Süleymanov - 2021-ci ildən FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavinidir. Milli Məclisin 2010-2020-ci illərdə deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuş Elxan Süleymanovun oğludur.
Xəbəri paylaş
Digər xəbərlər
9-01-2020, 17:27
Yasəmən Qaraqoyunlu: Qasim Süleymaniyə yas tutanların əksəriyyəti İranın beşinci kolonudur
11-02-2022, 22:00
Çavuşoğlu: “Aİ-nin səssiz qaldığı insan haqları pozuntusunu Türkiyə gündəmə gətirəcək”
3-11-2025, 08:26
Tramp dondurulmuş Rusiya aktivləri ilə bağlı müzakirələrdə iştirak etmədiyini bildirib
12-03-2025, 12:22
“Uşaqların 15%-i nikahdan kənar doğulur”
2-02-2022, 22:14
Birdən-birə üç “Qiyamət günü” təyyarəsi havaya qalxdı
16-11-2021, 18:55
Azərbaycan Prezidenti Şarl Mişellə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib
21-05-2026, 15:38
Azərbaycanda xalça istehsalı 29 dəfəyə yaxın artıb
17-01-2022, 21:05
Gürcüstanın milli aviaşirkəti satışa çıxarıldı
9-01-2023, 16:43
Almaniyada iş axtaranlara və məskunlaşmaq istəyənlərə ŞAD XƏBƏR: Tələblər asanlaşdırıldı
1-10-2025, 08:14
Yeni tariflər vaxtından əvvəl qüvvəyə minib? - Video















