Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu Amerikanın Səsinə müsahibəsində General Qasım Süleymaninin öldürülməsindən sonra Azərbaycanda durum, bir qism Azərbaycan vətəndaşının İran rejimini müdafiə etməsinin səbəbləri, İran Azərbaycanda milli-mədəni hərəkatdan danışıb.
Amerikanın Səsi: İran İslam Qvardiyasının elitar Qüds korpusunun komandanı General Qasim Süleymaninin öldürülməsi Azərbaycanda müxtəlif reaksiyalarla qarşılanıb. Müşahidə etdikləriniz sizi hansısa formada təəccübləndirdimi?
Aşura dönəmində 100 minlərlə insan meydanlara çıxanda dövlət nəzərə almalıydı ki, həmin adamlar sabah İranın çox ciddi bazası olacaq.
Yasəmən Qaraqoyunlu: Sözün düzünü deyim, müşahidə etdiklərim məni əsla təəccübləndirmədi. Ona görə ki, mən həmişə demişəm, illərlə bunu söyləmişəm, İranda gedən bütün proseslər, Quzey Azərbaycanda gedən proseslər İranın içini, İrandakı türklüyü çox ilgiləndirir. Ona görə də İranda baş verən dəyişikliklər bizdə reaksiyalar doğurur, bizdə baş verənlər isə orada reaksiyalar doğur. Çünki biz eyni toplumuq, eyni tarixi mirası, eyni sivilizasiyanı, eyni kültürü paylaşan bir toplumuq. İndi, bizi siyasi sərhədlər ayırıb. Əslində eyni sivilizasiya, idenfikasiyaya sahib bir toplumuq. Ona görə mən heç təəccüblənmirəm. Amma burada bir neçə nüans var. Birincisi, burada dediklərimin yanında Azərbaycanda son illərdə İranın beşinci kolonu formaşaldırılıb. Təxminən 4-5 il əvvəl Tehran Universitetinin Uluslararası İlişkilər bölümünün başqanı (adını unutmuşam) professor var idi. O qeyd edirdi ki, İran yönünü Orta Doğuya çevirib. Tutaq ki, Əfqanıstan, Suriya, İraq, Yəmən - İran bu bölgələrdə aktivdir. İranın maraqları burada qorunur. Amma elə bil, Qafqaz İranın nəzərindən çıxıb. İranın nəzərindən çıxdıqca da burada panturanist hərəkatlar güclənir və İranın rejimini təhdid edir. Ona görə də diqqətimizi Qafqazlara yönəltməliyik. Məhz o çıxış əslində İranın Qafqaz siyasətini və Qafqaza diqqətini açıqlayırdı. O çıxışlardan sonra İran Qüzey Azərbaycanda güclənməyə başladı. İranın sosial şəbəkələrində 400-dən çox hesabları var. Bu sosial şəbəkələrdəki hesablar kod adlarla, müxtəlif adlarla, əslində Quzey Azərbaycan dövlətinə, toplumuna qarşı bir savaş açmışdır. Məsələn, Quzey Azərbaycanı Bakı dövləti adlandırırlar. Eyni zamanda bir bölücülük aparırlar. Məsələn, Abşeron bölgəsini “Tatistan“ hesab edirlər. Cənub bölgəsini “Talışıstan” adlandırırlar. Şirvan-Aran söhbətlərini gündəmə gətirirlər ki, Azərbaycan dövlətçiliyi anlayışı sıradan çıxsın. Bu, Azərbaycan dövlətçiliyinə bir təxribatdır. İran bizə qarşı çox ciddi fəaliyyət göstərir. Qasım Süleymaninin öldürülməsi ilə bağlı ona yas tutan insanların əksəriyyəti İranın beşinci kolonudur. İranın müxtəlif mədrəsələrində təhsil verdiyi şəxslər təbii ki, Azərbaycana gəlib İran maraqlarını güdür. Həmin Qasım Süleymaniyə yas tutan onlardır. Amma biz gərək indi deyil, bir neçə ki, Aşura dönəmində 100 minlərlə insan meydanlara çıxıb Aşura mərasimini yerinə yetirəndə dövlət hökmən nəzərə almalıydı ki, həmin mərasimi yerinə yetirən adamlar sabah İranın burada çox ciddi bazası olacaq. Əslində, bu göstərir ki, SSRİ-nin dağılmasından sonra, bizim müstəqilliyə çıxdığımızdan 30 il ərzində İran tərəfindən ciddi şəkildə iş aparılır.Amerikanın Səsi: Azərbaycanda İranın mövcud hakimiyyətinə dəstək verən adamların motivləri haqda müşahidə etdikləriniz nədir? Sizcə, qonşu ölkənin dindar hökumət quruluşuna simpatiya haradan qaynaqlanır?
Dövlət fəlsəfəsi, siyasət fəlsəfəsi, ideologiyası olmadıqda orada müxtəlif dövlətlərin beşinci kolonları mövcud olur. Elə Azərbaycanda da İranın beşinci kolonu məhz ondan qaynaqlanır.