Vladimir Putinin Akkuyu AES-lə bağlı Türkiyəyə səfəri və ya videokonfrans tədbirində iştirakı ilə bağlı dəqiq qərar verilməyib.
Qarabaginfo.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib: “Hələlik konkret qərarlar verilməyib. Deyə biləcəyimiz yeganə şey odur ki, təbii ki, bu və ya digər şəkildə Rusiya tərəfi adekvat şəkildə təmsil olunacaq və aprelin sonunda keçiriləcək mərasimdə iştirak edəcək”.
Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinin aprelin 27-də ölkəyə səfərinin mümkünlüyünü açıqlayıb.