Tarix: 23-02-2024 | Saat: 17:20
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna ilə Danimarka təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva bildirib.
Sazişdə Danimarkanın Kiyevə qırıcı təyyarələr, döyüş sursatları, təlimçilərin göndərməsinin dəstəklənməsi əksini tapıb.
Onun sözlərinə görə, sənəddə bu il üçün Ukraynaya göstəriləcək konkret hərbi dəstəyin həcmi də göstərilib.
Beləliklə, Danimarka bu il Ukraynaya hərbi dəstək məqsədilə azı 1,8 milyard avro ayıracaq.
Danimarka Fondu 2023-2024-cü illərdə Ukraynaya davamlı yardım üçün 8,5 milyard avro ayırıb.
Danimarka “Böyük Yeddilik” qrupuna daxil olmayan ölkələr arasında Ukrayna ilə bu sazişi bağlayan ilk ölkədir.
Xatırladaq ki, dünən Danimarka hökuməti Ukraynaya yeni hərbi dəstək paketinin ayrılacağını elan edib.
Digər xəbərlər