Saytımızı qiymətləndirin


 
 

Ukraynadan təxliyə edilən daha 191 Azərbaycan vətəndaşı Rumıniyadan ölkəyə gətirilib
Tarix: 04-03-2022 | Saat: 20:51
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynadan təxliyə edilən daha 191 Azərbaycan vətəndaşı Rumıniyadan ölkəyə gətirilib

AZAL daha 191 həmyerlimizi Vətənə çatdırıb.

Azərbaycan Hava Yolları qapalı səhmdar cəmiyyətindən Qarabaginfo.az-a verlən məlumata görə, növbəti təxliyə reysi ilə Rumıniyanın Yassı beynəlxalq hava limanından 13-ü uşaq olmaqla 191 Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Daha əvvəl AZAL-ın təxliyə reysləri ilə Ukraynada baş verən hadisələrlə əlaqədar ölkəyə qayıtmaq istəyən yüzlərlə həmyerlimiz Azərbaycana qayıdıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin daşınması üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsiz həyata keçirilir.

Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər.



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər