“Şuşa türməsindəki terrorçu hayları buraxanda bizə rişxəndlə gülürdülər...”m
Tarix: 22-11-2021 | Saat: 22:16
Bölmə:Karusel / Müsahibə | çapa göndər
1464 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-11-2021 | Saat: 22:16
Bölmə:Karusel / Müsahibə | çapa göndər
“Baş prokuror İsmət Qayıbov şəhid olduqdan sonra Bakıdan, yəqin ki, Moskvanın təzyiqi ilə göstəriş gəldi ki, bütün erməni dustaqlar buraxılsın...”
“Bütün bunları görəndən sonra keçmiş səhvlərimizi təkrar etməməliyik...”
“Azərbaycan tərəfinin hər dəfə humanizm nöqteyi-nəzərindən və ya Ermənistandan mina xəritələrinin alınması məqsədilə torpaqlarımızda işğalçı, terrorçu kimi saxlanılmış erməni hərbçilərini təhvil verməsi xəbərini eşidəndə əsəb keçirirəm. Çünki nə bu ermənilərin millətçi, revanşist kəsimi, nə də onların arxasında duran Rusiya, Fransa kimi güclər insanlıq, humanizm nə olduğunu bilmir, buna real qiymət vermirlər. Və bizim insanlığımızdan sui-istifadə edirlər. Mən bunun bir peşəkar hərbçi kimi sovet ordusunda,milisində və Azərbaycan ordusunda keçdiyim xidmət, iştirakçısı olduğum əməliyyat və döyüşlər zamanı da şahidi olmuşam”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, keçmiş tabor komandiri, ehtiyatda olan polkovnik Azay Kərimov ifadə edib.
"Yadımdadır ki, 1990-1991-ci illər ərzində Azərbaycan milisinin keçirdiyi əməliyyatlar sayəsində Xankəndində, eləcə də Şuşa rayonunun ermənilərin məskunlaşdığı Daşaltı, Sarıbaba, Qaladərəsi və s. kəndlərində, həmçinin keçmiş Dağlıq Qarabağ vilayətinin digər rayonlarının ərazisindəki erməni terror dəstələrinin əsas başçıları və üzvlərini həbs edib Şuşa türməsinə yığmışdıq. Türmə ağzınadək dolmuşdu. 500-dən çox erməni dustaq vardı. Onlardan bir qismini məcbur olub Şuşa daxili işlər şöbəsinin(DİŞ) xüsusi saxlanma təcridxanasına da yerləşdirmişdik. O vaxt mən Şuşa DİŞ post-patrul xidmətinin qərargah rəisi idim. Bir gün DİŞ rəisinin müavini Eldəniz Quliyev məni göndərdi Laçın rayon DİŞ rəisi rəhmətlik Akif Səlimovun yanına. Məqsəd ondan ibarət idi ki, Laçın milisinin təcrudxanasında yer varsa, yeni tutulan erməni terrorçularını oraya yollayaq. Ancaq mən Laçına gedib A.Səlimovla görüşəndən sonra məlum oldu ki, orada da yer yoxdur. Laçın DİŞ rəisi növbətçi ilə bərabər məni göndərdi təcridxanaya ki, özüm yer olmadığının şahidi olum. Getdim, gördüm ki, gerçəkdən rayonun kiçik təcridxanasına təxminən 60-dan çox erməni qulduru yerləşdirilib. Axırda biz məcbur olduq, səhv etmirəmsə, Şuşa kənd təsərrüfatı texnikumunun zirzəmisində şərait yaradıb oraya 100-ə yaxın terrorçu yerləşdirdik. Beləliklə, ümumilikdə Şuşa və Laçında təxminən 700-ə yaxın hay terrorçusu həbsdə idi və hamısı məhkəmələrini gözləyirdi” –deyə həmsöhbətimiz söhbətinin davamında bildirib.
“Təəssüf ki, bütün Qarabağda erməni “bayevik” və terrorçularına qan udduran Baş prokuror İsmət Qayıbov da 1991-ci ilin 20 noyabrındakı vertolyot terroru nəticəsində şəhid oldu. Bundan sonra Bakıdan, yəqin ki, Moskvanın təzyiqi ilə göstəriş gəldi ki, bütün erməni dustaqlar buraxılsın. Çox gülünc vəziyyətə düşdük. Neçə əməliyyat sayəsində, minbir əzab-əziyyətlə canımız-qanımız hesabına tutduğumuz terrorçuları heç bir qeyd-şərtsiz azad etməyə başladıq. Yadımdadır ki, hər gün Şuşa türməsinin rəisi zəng edirdi və biz milislər təcili yardım maşınlarıyla türməyə gedir, ermənilərə onların içinə doldurub Ağa körpüsünün yaxınlığında buraxırdıq gedirdilər Xankəndindəki separatçı-terrorçu soydaşlarının yanına... Pasportlarını da özlərinə qaytarırdıq. Onların arasında eləsi var idi ki, birbaşa əlində avtomatla, qumbara ilə həbs etmişdik. Elələri var idi ki, Bakıdan gəlmiş baş prokurorluğun istintaq idarəsinin müstəntiqləri onların cinayətlərini, harada hansı kənddə neçə azərbaycanlı öldürdüyünü də sübut etmişdilər. Yəni əksəriyyəti bizim, Azərbaycanın qatı düşmənləri idi. Həmin terrorçu hayları buraxanda onlar bizə istehza, rişxənd edib gülürdülər ki, gördünüz, axırı siz dediyiniz olmadı, biz dediyimiz oldu. Hətta bizə söyüş də söyürdülər. Biz də əlacsız vəziyyətdə durub baxırdıq. Bu minvalla az müddətdən sonra Şuşa türməsindən və digər təcridxanalardan buraxdığımız terrorçu ermənilər cəzasızlıqdan ruhlanıb və ikiqat silahlanıb öz himayədarları olan rus hərbçiləriylə birgə üstmüzə gəldilər. Əvvəl əllərində quş tüfəngi idisə, indi pulemyotla, qumbaraatanla, “Qrad”la gəldilər. Və bu minvalla Xankəndindən tamam qovulduq, Kərkicahan işğal olundu, Malıbəyli və Quşçular işğal olundu. Daşaltı, Qaradağlı, Xocalı faciələri baş verdi, Şuşa, Laçın və s. işğal olundu...
Bütün bunları görəndən sonra keçmiş səhvlərimizi təkrar etməməliyik. Rusiya hərbçilərinin Şuşada əsgərlərimizə qarşı terror törətmiş erməniləri əlimizdən alıb Xankəndinə təhvil verməsinə imkan verməyək. “Erməni hərbi əsirləri” deyilən terrorçuları Ermənistana təhvil verməyək. Ümumiyyətlə, mən hərbçi həmkarlarıma da məsləhət görərdim ki, erməni döyüşçülərinin heç birini əsir götürməsinlər, dərhal yerlərindəcə güllələsinlər və uçurumlardan aşağı yuvarlasınlar. Əvvəla, müharibənin yazılmamış qaydalarına görə, düşməni heç vaxt sağ buraxmazlar – çünki sabah o, yenidən silahlanıb üzərimizə gələcək və bəlkə də namərdliklə bizi arxadan vuracaq. İkinci də qoy, Ermənistanda daha çox valideyn ayağa qalxıb hökumətdən övladlarının tapılmasını tələb etsin və düşmən ölkənin vəziyyəti ağırlaşsın. Yoxsa belə yersiz humanistlik göstərməklə biz Qarabağdakı, Zəngəzurdakı işlərimizi tamamlaya bilən deyilik. Onu da deyim ki, məndə olan məlumata görə, onlarla erməni terrorçunun əvəzinə aldığımız mina xəritələrinin yalnız 5 faizi doğrudur”- deyə keçmiş döyüşçü polkovnik vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
21-05-2022, 17:35
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
11-05-2022, 10:23
Məzahir Süleymanzadə vəfat edib
2-08-2024, 13:49
Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
12-03-2022, 12:19
Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun ailəsinə başsağlığı verdi
21-10-2021, 19:06
Kamran Əliyev növbəti dəfə Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-prezidenti seçilib
29-09-2023, 14:07
Prezident Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzaladı
4-06-2024, 17:34
Nazirliyin Aparatının yeni strukturu təsdiqləndi
30-08-2024, 20:19
Borrell: Aİ-nin Ukraynaya hərbi yardımı 43,5 milyard avroya çatıb