Saytımızı qiymətləndirin


 
 

Enerji şirkətləri müharibəyə görə 200 milyard qazanıb
Tarix: 30-03-2023 | Saat: 13:32
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər

Enerji şirkətləri müharibəyə görə 200 milyard qazanıb

 

"Qlobal enerji şirkətlərini mənfəətlərini Ukrayna ilə bölüşməyə çağırırıq".

 

Qarabaginfo.az NEXTA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko deyib.

 

“Bir çox enerji şirkətləri müharibə səbəbindən böyük gəlir əldə edirlər. Bizim hesablamalarımıza görə, bu, 200 milyard dollardan çoxdur, onlar bu pulu müharibəyə görə alırlar, çünki biz müharibə şəraitindəyik. Düşünürəm ki, enerji infrastrukturunun yenidən qurulmasına kömək etmək üçün bu pulu Ukrayna ilə bölüşmək ədalətli olardı”, - deyə nazir bildirib.

 

Qaluşenko qeyd edib ki, Litvanın “Ignitis Group” şirkəti artıq Ukraynanın bərpasına kömək etmək üçün qazancının təxminən 10%-ni göndərməyə hazır olduğunu bəyan edib. O, digər beynəlxalq şirkətləri də nümunə götürməyə çağırıb.(Modern.az)



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər
25-05-2022, 10:23 Qubaya qar yağıb