Qarabaginfo.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib: 

"Fazil Mustafa kifayət qədər tanınmış ictimai siyasi xadimdir. O, həqiqəti söyləyən, öz çıxışları ilə dövləti müdafiə edən, müstəqilliyimiz uğrunda mübarizə aparan şəxslərdən biri, mənim də yaxın dostumdur. Təəssüf ki, belə bir hadisə olub. Hesab edirəm ki, bu terror aktıdır. Fazil Mustafa bəzi dövlətlərin ölkəmizə təhdidini çıxışlarında aydın göstərdiyi üçün ona qarşı edilmiş təhdiddir. Kim buna rəhbərlik edir, təhdid haradan gəlir bu kimi məsələlər üçün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və hüquq mühafizə orqanları var. Açığı deyim ki, onu Allah saxlayıb. Burada hər cür ölüm hadisəsi ola bilərdi. Özü ilə telefonla danışdım, vəziyyəti yaxşıdır. Ona Allahdan şəfa diləyirəm, sağ-salamat Milli Məclisdəki fəaliyyətinə davam etsin!".