Tarix: 11-08-2020 | Saat: 10:34
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Belarus Prezidenti Aleksandr Lukaşenkonun avqustun 9-da keçirilən seçkilərdə əsas rəqibi olan Svetlan Tixanovskaya təhlükəsizlik məqsədi ilə Litvaya gedib.
Qarabaginfo.az “Report.az”a istinadən xəbər verir ki, bunu Litvanın Xarici İşlər Nazirliyi açıqlayıb.
“Svetlana Tixanovskaya təhlükəsiz yerdədir, o, Litvadadır”, - məlumatda bildirilib.
Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə yüzlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.
Digər xəbərlər