Saytımızı qiymətləndirin


 
 

Dilarə Əliyeva və Mehriban Zəkinin vəziyyəti AÇIQLANDI
Tarix: 22-03-2023 | Saat: 20:15
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Dilarə Əliyeva və Mehriban Zəkinin vəziyyəti AÇIQLANDI

 

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.

 

TƏBİB-dən Qarabaginfo.az-a bildirilib ki, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

 

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

 

Qeyd edək ki, bu gün Xalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və onun həyat yoldaşı, “SOY” prodakşının rəhbəri Oqtay Əliyev yol qəzasına düşüblər. Hadisə nəticəsində O.Əliyev dünyasını dəyişib.



Xəbəri paylaş

1141 dəfə oxunub.

Digər xəbərlər