“Bakı Steel Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə “Baku Oksford Skul” məktəbi arasında əmlak mübahisəsi yaranıb.
Qarabaginfo.az xəbər verir ki, iş o həddə çatıb ki, “Baku Oksford Skul” “Baku Steel Company” QSC-ni məhkəməyə verib. Məktəbin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır.
Məsələnin detalları barədə açıq mənbələrdə məlumat yoxdur.
Yalnız o bəllidir ki, “Baku Oksford Skul” “Baku Steel Company” QSC-dən əmlak tələb edir. “Baku Oksford Skul” 2014-cü ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 1000 AZN, qanuni təmsilçisi isə Məmmədova Aygün Kərim qızıdır.(Azpost.info)