Saytımızı qiymətləndirin


 
 

“ABŞ Bakı və İrəvan arasında danışıqlarda vasitəçilik  etməyə hazırdır” –Dövlət Departamenti
Tarix: 21-11-2023 | Saat: 12:49
Bölmə:Karusel / Dünya | çapa göndər

“Vaşinqton davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında danışıqlarda vasitəçilik  etməyə hazırdır”.

Qarabaginfo.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə bildirib.

Millerin sözlərinə görə, Ermənistan və Azərbaycanın birbaşa müzakirələrə başlaması və regionun maraqlarına uyğun məsələləri həll etməsi vacibdir. ABŞ bu danışıqlara yardımçı rolunu öz üzərinə götürməyə hazırdır.

“Biz gördük ki, digər ölkələr də bu danışıqlarda yardım təklif edir. Biz hesab edirik ki, uzunmüddətli razılaşma əldə etmək üçün iki ölkə üçün üzbəüz danışıqlar aparmaq vacibdir”, – Miller əlavə edib.



Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər