Ana Sayfa > Karusel / Gündəm > “Bakı Steel Company” ilə “Oksford” məktəbi arasında əmlak davası

“Bakı Steel Company” ilə “Oksford” məktəbi arasında əmlak davası


14-03-2023, 17:44. Yazar: Admin

“Bakı Steel Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə “Baku Oksford Skul” məktəbi arasında əmlak mübahisəsi yaranıb.

Qarabaginfo.az xəbər verir ki, iş o həddə çatıb ki, “Baku Oksford Skul” “Baku Steel Company” QSC-ni məhkəməyə verib. Məktəbin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır.

Məsələnin detalları barədə açıq mənbələrdə məlumat yoxdur.

Yalnız o bəllidir ki, “Baku Oksford Skul” “Baku Steel Company” QSC-dən əmlak tələb edir. “Baku Oksford Skul” 2014-cü ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 1000 AZN, qanuni təmsilçisi isə Məmmədova Aygün Kərim qızıdır.(Azpost.info)


Geri dön