Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) mayın 14-də keçiriləcək parlament seçkiləri üçün namizədlik müraciətlərini qəbul etməyə başlayıb.
Qarabaginfo.az yerli KİV-ə istinadən xəbər verir ki, partiya sədri Dövlət Bağçalı MHP qərargahında deputatlığa namizəd olmaq üçün ərizə təqdim edib.
Partiya namizədlik ərizələrini martın 21-dək qəbul etməyə davam edəcək.
Qeyd edək ki, namizədlik üçün müraciət edənlərdən 3 min liderə ödəniş tələb olunur.